İsrail İranın raket hücumlarına cavab olaraq, Tehranın dəstəklədiyi təşkilatları vura, yaxud Suriya və ya Yəməndəki İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) birbaşa hədəfə ala bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “Politico” yazır.
“Co Baydenin köməkçiləri ABŞ-ın İranın hücumuna cavab vermək üçün İsraillə fəal şəkildə işlədiyini, bura hərbi hücum da daxil olduğunu bildirdilər. Digərləri arasında İranın dəstəklədiyi təşkilatlara, yaxud birbaşa Yəmən və ya Suriyada SEPAH qüvvələrinə qarşı zərbələr endirilməsi ehtimalı nəzərdən keçirilir”, - ABŞ nəşri bildirir.