3 Oktyabr 11:03
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 7 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Oruc Mehdiyev, Murad Ağayev və Sənan Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Oruc Mehdiyev, Murad Ağayev və Sənan Səlimov son sözlə çıxış edib.

Onlar əməllərindən peşman olduqlarını və yüngül cəza verilməsini xahiş ediblər.

Hakim Mahmud Ağalarov müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Oruc Mehdiyev 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə 7 il müddətinə, Murad Ağayev 178.2.1 və 178.2.4- cü (bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq etmə) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalından həbs olunub. Sənan Səlimov isə 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, o da dərhal məhkəmə zalından həbs edilib.

Onlar barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

Xatırladaq ki, Oruc Mehdiyevin vəkili Rəşad Mirmehdizadə ötən məhkəmə prosesində çıxış edib.
Oruc Mehdiyev bir neçə dələduzluq epizodları ilə bağlı təqsirləndirilir. Şikayətçilərin bir çoxu şikayətlərini geri götürüblər. Anar Nəbiyevin epizodu ilə bağlı iş məhkəməyə gəlib. Bir məhlə də yaşayıblar, Oruc Mehdiyev Anardan bir neçə faizə pul götürüb və qaytarıb.

Anar Nəbiyev 22 dəfəyə 82 min manat pul və maşınını verdiyini ifadəsində qeyd edib. Oruc Mehdiyev barəsində 178.2- ci maddəsi ilə cəza təyin etməyinizi xahiş edirəm.

Digər təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinə bəraət istəyiblər.

Zərərçəkən şəxs Anar Nəbiyev isə faizə pul verən şəxs olduğunu inkar etdi: "Mən ömür boyu kiməsə faiz verməmişəm. Kiməsə mən borc vermişəm, iş görüb pul qazanıblar və mənə də xeyirdən qazanc veriblər".

Qeyd edək ki, cinayət işində 7 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər