8 Oktyabr 08:13
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti və demokratların ən yüksək hökumət postuna namizədi Kamala Harris bildirib ki, seçkilərdə qalib gəldiyi halda, Ukrayna nümayəndələrinin iştirakı olmadan Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli barədə müzakirə aparmayacaq.

Teleqraf.com xəbər verir ki, Harris bunu CBS telekanalına verdiyi müsahibədə deyib. Ona “Ukraynadakı münaqişəni həll etmək üçün Putinlə görüşə bilərsinizmi?” sualı verildikdə, belə cavab verib: “Ukraynanın iştirakı olmadan, ikitərəfli əsasda yox. Kiyev öz gələcəyi ilə bağlı mütləq söz sahibi olmalıdır”.

Beynəlxalq münasibətlərdən danışarkən Kamala Harris İranın ABŞ-ın əsas düşməni olduğunu vurğulayıb: “İranın əlləri Amerika qanına bulaşıb. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilməyəcəyinə əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”.

Harris həmçinin bildirib ki, ABŞ “Vahid Çin” siyasətinə əməl etməlidir: “Ancaq Tayvanın özünümüdafiə imkanlarını dəstəkləmək və Tayvan boğazında azadlığı təmin etmək üçün nə etməli olduğumuz da buna daxildir. Biz Çinlə, xüsusilə də hərbi sahədə əlaqələri açıq saxlamalıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər