Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, keçmiş ABŞ lideri Barak Obama ona səs verəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Düşünürəm ki, Obama mənə səs verəcək, çünki Kamalanın son dərəcə aşağı intellektli bir insan olması onun xoşuna gəlmir” Tramp paylaşımında qeyd edib.
Qeyd edək ki, Obamanın ögey qardaşı ölkənin hələ də onun idarə etdiyini açıqlayıb. Bundan başqa oktaybrın 6-da Barak Obamanın Kamala Harrisin seçki kampaniyasına qatılacağı xəbəri yayılıb.