12 Oktyabr 12:36
2 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın qərargahı siyasətçinin müdafiəsi üçün hərbi vasitələr tələb edib. Səbəb İranın təhdidləridir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Qərargah seçki kampaniyasının son həftələrində Trampa hərbi təyyarələrin verilməsini, iqamətgahları üzərində uçuşların artırılmasını, onun olduğu yerlərdə gülləkeçirməz şüşə qalxanların quraşdırılması və hərbi maşınla təmin olunmasını istəyib.

Məqalədə qeyd olunur ki, bu tələb fövqəladə və vacibdir, yaxın tarixdə heç bir namizəd seçkidən əvvəl hərbi təyyarələrlə hərəkət etməyib.

Nəşr bildirir ki, bu tələb ABŞ kəşfiyyatına İranın fəal şəkildə Trampı aradan götürmək üçün səylərini davam etdirdiyinə dair məlumatlar əldə etdikdən sonra formalaşıb. Mənbənin fikrincə, Tramp mühafizəsini raket və PUA-larla da gücləndirilməsini istəmiş ola bilər.

Prezident Co Bayden jurnalistlərə deyib ki, Trampın əlavə müdafiə tələbinin yerinə yetirilməsini əmr edib:

“F-15 məsələsi. Nazirliyə tapşırmışam ki, prezident vəzifəsində olan şəxs kimi nə istəyirsə, təmin edin. Bu kateqoriyaya uyğundursa, olsun. Amma deyilsə, ondan istifadə edə bilməz”.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bundan öncə söyləyib ki, İsrail İranın raket hücumuna cavab olaraq Tehranın nüvə obyektlərini vurmalıdır.

“Onlar Baydendən soruşublar ki, İran haqqında nə düşünürsən? İranı vura bilərsənmi? O da cavab verib ki, kaş nüvə obyektlərini vurmasınlar. Son nəticədə vurmaq istədiyin bu deyilmi? Məncə, o, səhv edir. Bu, sənin vurmalı olduğun şey deyilmi?”, - Tramp vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər