15 Oktyabr 10:27
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövlət televiziyası öldürüldüyü iddia edilən SEPAH-ın “Qüds” briqadasının komandiri general İsmayıl Qəniyə bənzəyən şəxsin kadrını yayıb.

Teleqraf.com xəbər verir ki, o, Livanda öldürülən SEPAH komandirlərindən birinin anım mərasimində iştirak edərkən görüntülənib.

Qəni ilə bağlı yeni xəbər son günlər qeybə çəkildikdən sonra yayılıb. Bəzi mənbələr onun Livanda “Hizbullah” lideri Haşim Səfiəddini hədəfə alan İsrailin hücumu nəticəsində öldürüldüyünü, digərləri də infarkt keçirdiyi və ya Tehran tərəfindən casusluqda şübhəli bilinərək dindirildiyini ehtimal edirlər.

Kadrda Qəninin sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə İsrailin hava zərbəsi nəticəsində öldürülən SEPAH korpusunun generalı Abbas Nilforuşanın dəfn mərasimində olduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər