28 Noyabr 23:26
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə parlamentin binası qarşısında keçirilən mitinqə qoşulub.

Teleqraf.com xəbər verir ki, onun aksiyaya gəlməsini iştirakçılar alqışlarla qarşılayıblar.

Etirazçılarla polis arasında mübahisələr və qarşıdurmalar baş verir. Əraziyə çox sayda polis və xüsusi təyinatlılar səfərbər olunub. Parlament binasına yaxın əraziyə su şırnağı maşınları cəlb edilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiyaçılara müraciət edib. DİN mitinq təşkilatçılarını, siyasi liderləri və iştirakçıları qanunla müəyyən edilmiş qaydada etiraz etməyə çağırıb.

Qeyd olunub ki, hər bir qanunsuz hərəkətə polis tərəfindən müvafiq hüquqi cavab veriləcək.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər