Ukrayna bank sisteminin hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkəni bərpa etmək üçün kifayət qədər kapitalı yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukraynanın “Raiffeisenbank” bankının idarə heyətinin rəhbəri Aleksandr Pisaruk deyib.
Pisarukun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması və ya yaxın gələcəkdə Rusiya ilə sülh müqaviləsinin bağlanması şərti ilə, genişmiqyaslı yenidənqurma işlərinə ya 2025-ci ildə, ya da 2026-2027-ci illərdə başlanacaq.
O bildirib ki, ölkədə kredit portfeli aşağı səviyyədədir, ümumi daxili məhsulunun cəmi 15 faizi təşkil edir.
Aleksandr Pisaruk qeyd edib ki, Dünya Bankı Ukraynanın infrastrukturun bərpasına 486 milyard dollar lazım olduğunu qeyd edib. Lakin Ukrayna bank sisteminin ümumi aktivləri isə təxminən 85 milyard dollar həcmində qiymətləndirir.