Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıblar
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.
Etirazçıların inzibati qaydada saxlandığını bildirən telekanal 3 günlük mitinqlərdə saxlanılanların sayının 200-dən çox olduğuna diqqət çəkib.
Saxlanılanlar tədricən məhkəməyə gətirilirlər. Çoxlarına böyük məbləğdə cərimələr kəsilir, bəziləri isə məhkəmə tərəfindən inzibati həbsə göndərilir", məlumatda belə deyilir.
Xatırladaq ki, Tbilisidə şənbə günü parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilib. Rustaveli prospektində on minlərlə insan toplaşıb.
Ölkınin Daxili İşlər Nazirliyi etirazçıları dağıtmaq qərarına gəlib. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlamentdə keçirilən aksiyalar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrilib.