1 Dekabr 19:42
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, İspaniya kralı VI Felipe və Böyük Britaniya kralı III Çarlz Parisdəki Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak etməyəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Journal du Dimanche” (JDD) qəzeti məlumat yayıb.

“Birinci xanım Cil Bayden açılışda iştirak etsə də, yeni seçilmiş prezident Donald Tramp gəlməyəcək. O cümlədən İspaniya kralı VI Felipe və İngiltərə kralı III Çarlz da dəvətdən imtina edib”- məlumatda deyilir.

Lakin ABŞ-ın hazırkı prezidenti Co Baydenin mərasimdə iştirak edib- etməyəcəyi məlum deyil.

Qeyd edək ki, katedralin açılışı dekabrın 7-8-də baş tutacaq. Tədbirə 160 dövlət və hökumət başçısı dəvət olunub.


Müəllif: Arzu

Oxşar xəbərlər