“Bəziləri larinin devalvasiyasını arzulayır, lakin bu, əlbəttə ki, müvəqqəti haldır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, xaricdən maliyyə hesabına ölkəni dağıtmaqla bağlı daimi cəhdlər olmasaydı, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edərdi.
“Larinin məzənnəsinə gəlincə, hər belə proses zamanı qısamüddətli dalğalanmalar olub və bu normaldır. Lakin hər dəfə lari ilkin vəziyyətinə qayıdırdı. Vəziyyət çox tezliklə sakitləşəcək və bu da dərhal larinin məzənnəsinə təsir edəcək”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, Gürcüstan Milli Bankının sabaha müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7384 lari təşkil edir. ABŞ dollarının bugünkü məzənnəsi 2,7433 lari olub.