ABŞ və Birləşmiş Ərəb Əmirlikləri arasında respublikanın bir sıra şərtlərə əməl etməsi qarşılığında Suriya və prezident Bəşər Əsədə qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı danışıqlar aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“ABŞ və Birləşmiş Ərəb Əmirlikləri Suriya prezidenti Bəşər Əsəd İrandan uzaqlaşacağı və Livan Hizbullahına silah tədarükünü dayandıracağı təqdirdə ona qarşı sanksiyaların ləğvi imkanını müzakirə ediblər” -məlumatda deyilir.
Qeyd olunur ki, BƏƏ çoxdan Suriya ilə əlaqələr qurmaq istəyir, lakin ABŞ sanksiyaları buna mane olur.
İsrailin Hizbullaha qarşı əməliyyatından sonra Əsədin mövqeyi zəifləyib və BƏƏ Suriyanın yenidən qurulmasını maliyyələşdirməkdə maraqlı olduğu üçün Ağ Evin özü bu təşəbbüsü Əmirliklərlə müzakirə etmək qərarına gəlib.