Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.
Teleqraf.com xəbər verir ki, mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Parlament binasının ətrafına çox sayda polis əməkdaşı cəlb olunub.
Bəzi etirazçılar polislərə daş parçaları atmağa başlayıb, onlar su şırnağı vasitəsilə uzaqlaşdırılıblar.
Qeyd edək ki, Gürcüstanda etirazlar artıq beşinci gündür davam edir. Qonşu ölkədə izdihamlı aksiyalara hökumətin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə qərarı səbəb olub. Etirazlar paytaxtla yanaşı bölgələrdə də təşkil edilir.