19:55
203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada qeyri - qanuni miqrantları daşıyan Çeçenistandan olan şəxslərin şəbəkəsi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" (JDD) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qruplaşmaya 15-ə yaxın qaçaqmalçı daxildir. Onlar Sloveniya, Almaniya, Polşa, Avstriya və İsveçrədə fəaliyyət göstərib və 1500 avroya qeyri-qanuni mühacirlərin bu ölkələrə daxil olmasına kömək ediblər. Noyabrın 30-da hüquq-mühafizə orqanlarının əməkdaşları şəbəkənin sonuncu üzvünü saxlayıblar.

Qeyd olunur ki, qeyri-qanuni şəbəkənin ilk iştirakçısı miqrantların qaçaqmalçılığına qarşı Fransa departamenti tərəfindən 2023-cü ilin iyununda aşkar edilib. Daha sonra səkkiz həmyerlisini ölkəyə gətirdiyinə görə 12 ay həbs cəzası alıb.

2024-cü ilin may ayında daha doqquz qaçaqmalçı saxlanılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər