12:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında misli görünməmiş humanitar fəlakət hökm sürür.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

Təşkilat İsrail ordusunun Qəzzaya hücumlarının daha da intensivləşdiyini və sakinlərin dəhşətli şəraitdə yaşadığını bildirib.

Son məlumatlara görə, 70 faizi qadın və uşaqlar olmaqla, sözügedən bölgədə müharibə qurbanlarının sayı təxminən 45 min nəfər təşkil edir.

Hücumlar nəticəsində 100 mindən çox insan yaralanıb, 2 milyona yaxın insan didərgin düşüb.

Şəhər infrastrukturunun 70 faizdən çoxu dağıdılıb.

Tibb müəssisələrinin 84 faizi fəaliyyətini dayandırıb.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə gözlənilməz hücumları ilə başlayan müharibə 436 gündür davam edir.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər