10:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Suriyada baş verən hadisələrlə əlaqəsi olmayıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, ölkəsinin Suriyada Bəşər Əsəd rejiminin devrilməsi üçün müxalif qüvvələr tərəfindən keçirilən əməliyyatda iştirak etmədiyini vurğulayıb.

"Türkiyə belə bir prosesin bir hissəsi olmayıb. Biz əməliyyatlar başladıqdan sonra məsələnin qan tökülmədən və problemsiz şəkildə həlli üçün intensiv səy göstərmişik", - deyə Fidan qeyd edib.

Nazir, həmçinin üçüncü ölkələrin vasitəçilik cəhdlərinə rəğmən, Bəşər Əsədlə rəsmi Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə etmək üçün görüşün alınmadığını bildirib.

Hakan Fidan qarşı tərəfin bu məsələ ilə bağlı bütün təkliflərə mənfi cavab verdiyini diqqətə çatdırıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər