Türkiyə heç bir dövlətin, eləcə də özünün Suriya və Yaxın Şərqdə hökmranlıq və ya dominantlıq etməsini istəmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“İran və Rusiyadakı rejimin fikirlərini müəyyən qədər qəbul etmişdik. Bizim onlarla (Rusiya və İranla) qarşılıqlı hörmətə əsaslanan münasibətimiz var, bir-birimizi tanıyırıq və proses başlayanda onlarla danışdıq. 2006-2016-2015-ci illərin ssenarilərini təkrarlamağın mənası yoxdur. Təəssüf ki, siz onun (Bəşər Əsədin) köməyinə gəldiniz, müxalifətin qarşısını almaqla ona yardım etdiniz, amma bu gün xalqına xidmət göstərməkdə, sistemi bərpa etməkdə, xalqı ilə barışmaqda heç bir uğur göstərə bilmədiyi üçün belə bir vəziyyətlə üzləşdik”, - nazir belə deyib.
Hakan Fidan qeyd edib ki, Türkiyə nə özünün, nə də digər dövlətlərinin bölgədə hökmranlıq etmələrini istəyir:
“Bölgədə bu dili inkişaf etdirməliyik. Bölgədə nə İran, nə türklər, nə də ərəblərin hökmranlığını istəyirik. Nə körfəzdəki ərəblər bir-birlərinə, nə də oradan başqa yerlərdə hökmranlıq etsinlər, nə biz, nə də iranlılar başqa yerlərdə hökmranlıq etsinlər”.
Xarici işlər nazirinin sözlərinə görə, Türkiyə həm sivil, həm də demokratik Suriya dövləti görmək istəyir.