13:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın XI çağırış parlamenti Rusiya və Ukrayna arasındakı müharibəyə aid qətnamə layihələrinə baxmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, həmin qanunvericilik təşəbbüsləri əvvəlki çağırış parlamentinə müxalifət tərəfindən təqdim olunub.

Ötən həftə qanunverici orqan əvvəlki çağırış parlamentinə təqdim edilmiş təşəbbüslərin məqsədəuyğunluğunu müzakirə edib. Yeni parlamentin baxacağı qətnamələrə müxalifətin təqdim etdiyi heç bir təşəbbüs daxil edilməyib.

Layihələr arasında “Gürcüstanın NATO-ya daxil olması” haqqında qətnamənin də yer aldığı qeyd edilib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər