Göygöl rayonunda Vətən müharibəsi iştirakçısı yol qəzasında həyatını itirib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.
Belə ki, Vətən müharibəsi iştirakçısı, 27 yaşlı Hacıyev Haxoy Ələslan oğlu idarə etdiyi "Niva" markalı maşını aşırıb. Nəticədə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan eyni kəndin sakinləri Orxan və Rövşən adlı şəxslər isə yaralı vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.