İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Suriyanın Tartus liman şəhərindəki hərbi obyektlərə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Latakiya və Tartusdakı hərbi qərargahlar və sursat anbarlarına, 32-ci Hava Hücumundan Müdafiə Alayına, 107-ci Hərbi Qərargaha, Xireysun, Xərab, Miserxin və Bəllutiyyə kəndlərinə hücumlar təşkil edilib.
Tartusun Xireysun kəndinə hücum zamanı güclü partlayışlar baş verib.
Suriya İnsan Haqları Müşahidə Qrupu 2012-ci ildən bəri Suriyanın sahil bölgəsinə ən ağır zərbələrin endirildiyini bildirib.
Xatırladaq ki, sözügedən bölgədə Rusiyanın hərbi dəniz bazası yerləşir.