Türkiyə xarici işlər naziri Hakan Fidan bəzi Yaxın Şərq ölkələrini ittifaq yaratmağa çağırıb.
Teleqraf.com xəbəbər verir ki, nazir bunun bölgənin təhlükəsizliyi üçün zəruri olduğunu bildirib.
“Çox güclü Səudiyyə Ərəbistanı, çox güclü Birləşmiş Ərəb Əmirlikləri, çox nüfuzlu Qətər və Küveyt var. Misir də əlindən gələni edir. İndi bir araya gəlməliyik, bir-birimizi qorumaq öhdəliyi götürməli, çiyin-çiyinə çalışaraq bölgədə öz maraqlarımızı, nizam-intizamı bərqərar etməliyik. Avropa, Şimali Amerika və başqa yerlərdə ittifaqlar qurulduğu kimi, bu coğrafiyada da bütün bunları iqtisadi, siyasi və hərbi cəhətdən etmək mümkündür”, - Hakan Fidan vurğulayıb.