09:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 69 km cənub-qərbdə, ocağı 62 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər