Üç mövsümdür davam edən “Yalı Çapkını”nın 100-cü seriya ilə ekranlara vida etməyi planlaşdırılır.
Teleqraf.com bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Afra Saraçoğlu və Mert Ramazan Dəmirin baş rollarını paylaşdığı serialın ötən mövsüm beynəlxalq satış cədvəli və tamaşaçı tələbi səbəbindən bir mövsüm daha uzadılması qərara alınmışdı. Amma bu mövsüm reytinqlər gözləntiləri doğrultmadı. Serialı xilas edən isə zaman-zaman artan izləmə nisbətləridir.
Son məlumata görə, reytinqlər çox aşağı düşməsə ekran işi mart ayına qədər nümayiş olunacaq.
Lakin bu müddət ərzində izləyici sayı xeyli azalarsa final tarixi önə çəkiləcək.