"Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya sülhməramlı qüvvə göndərməyi düşünmür".
Teleqraf.com xəbər verir ki, bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Aİ-nin xarici işlər nazirlərinin görüşü öncəsi jurnalistlərin sualını cavablandıran Kallas, hazırda bu məsələnin müzakirə olunmadığını deyib.
“Ukraynaya sülhməramlılar göndərmək üçün orada sülh olmalıdır", - deyə ali nümayəndə vurğulayıb.
Kaya Kallas, həmçinin Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Taker Karlsonla müsahibəsi zamanı rəsmi Moskvanın öz məqsədlərindən geri çəkilməyəcəyinə dair fikrini xatırladıb.
Bununla əlaqəli olaraq, sülhməramlıların Ukraynaya göndərilməyəcəyi diqqətə çatdırılıb.