10:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Litva və Estoniya ilə birtərəfli dostluq rejimində qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, məqsəd gürcü, eston və Litva xalqları arasındakı ənənəvi dostluğa təhlükə yaratmamaqdır.

“Məlum olduğu kimi, Litva və Estoniya hökumətləri Gürcüstan hökumətinin baş nazir daxil olmaqla 20 nümayəndəsinə sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Gürcüstan hakimiyəti Litva və Estoniyanın anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququna və imkanına malikdir. Lakin Litva və eston xalqlarına hörmətə görə bu addımı atmağı məqsədəuyğun hesab etmirik”, - bəyanatda deyilir.

Gürcüstan hökuməti hesab edir ki, Estoniya və Litva Avropa İttifaqında məhdud suverenliyə malik olan və hökumətləri öz xalqının mənafeyinə uyğun deyil, xarici administrasiyaların diktəsi ilə hərəkət edən ölkələrdir.
“Bu dövlətlərin hökumətlərinin öz ləyaqətinə zidd addımlar atmağa məcbur olmasının əsas səbəbi də budur. Təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyətləri sovet mentalitetindən qurtula bilməyiblər”, - sənəddə vurğulanıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər