25 Dekabr 22:12
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanı Kiyevdəki xarici səfirliklərə ziyan vurmaqda günahlandırmaq cəhdləri əsassızdır".

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Kiyev və Qərbin diqqəti öz terror hücumlarından Rusiyanın Kiyevdəki bir sıra xarici diplomatik missiyaların binalarına dəyən ziyana görə məsuliyyət daşımasına yönəltmək cəhdləri tamamilə əsassızdır”, - diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Ukraynadakı xarici diplomatik missiyalar üçün problemlər Ukrayna hərbçiləri tərəfindən qeyri-peşəkar şəkildə istifadə edilən Qərb hava hücumundan müdafiə sistemləri tərəfindən yaradılır.


Müəllif: Arzu

Oxşar xəbərlər