ABŞ-ın yeni prezidenti Donald Tramp öz komandasına ən yaxşı texnologiya liderlərini cəlb etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri məlumat yayıb.
Məlumata görə, artıq "Silikon Vadisi" liderlərindən bəziləri Trampın andiçmə fonduna bir milyon dollar töhfə verib. Ekspertlərin fikrincə, texnologiya liderləri bu addımı Ağ Evin yeni administrasiyası ilə qarşıdurmadan qaçmaq üçün atıb.