09:38
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na aid qəzayə uğrayan təyyarənin sərnişinlər arasında olanlardan biri də Ağdaşın Ərəb kənd sakini 24 yaşlı İsmayılov Həbib İbrahim oğludur.

Teleqraf.com xəbər verir ki, dünən səhər saatlarında Həbibin anası oğlu ilə uçuşdan əvvəl danışdığını deyib:

“Hər şeyin yaxşı olduğunu bildirdi. Birinci dəfə idi ki, xaricə işləməyə gedirdi. Dostları bir müddət əvvəl zəng etmişdilər ki, “yaxşı iş var, gəl”, o da getdi. Sonra mənə hadisə ilə bağlı zəng edildi, ondan sonra məlumatım oldu.

Qardaşını bu gün Bakıya çağırdılar, analiz götürmək üçün o da getdi. İki oğlum var, Həbib böyük oğlumdur, həm də subaydır.

Bu günə olan məlumata əsasən,o sağdır və yaralılar arasındadır".

Ətraflı videomaterialda:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər