25 Dekabr 17:58
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğlum istirahət məqsədilə Bakıdan Çeçenistanın paytaxtı Qroznıya, oradan isə Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcəkdi. Bir müddət oğlumdan xəbər ala bilmədim. Sonradan onunla telefon vasitəsilə danışdım.

Bu sözləri Teleqraf.com-a Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan Gəncə şəhər sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov deyib.

"Təxminən iki saat sonra xəbər gəldi ki, təyyarə qəzaya uğrayıb. Ondan bir saat sonra əlaqə yaratdıq. Şükürlər olsun, yüngül xəsarətlər alıb, hazırda Aktauda xəstəxanadadır. Gün ərzində 4-5 dəfə danışmışam" , - deyə M. Cəfərov söyləyib.

Qeyd edək ki, Toğrul Cəfərov Gəncə Birləşmiş Xəstəxanasının Dəstək xidmətləri şöbəsinin əməkdaşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər