03:06
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken 2020-ci ilin payızından Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə münaqişəyə hazırlayıb".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, Zelenskiyə sonsuz güc verən Dövlət Departamentinin rəhbəri və Amerika lideri olub.

Vətənə xəyanətdə şübhəli bilinərək həbsdə olan siyasətçi qeyd edib ki, hazırda prezident Zelenskini tutduğu vəzifədən uzaqlaşdırmağın heç bir qanuni yolu yoxdur. Onun sözlərinə görə, hazırkı lider güc strukturlarının köməyi ilə hakimiyyəti qəsb edib.


Müəllif: Arzu

Oxşar xəbərlər