11:22
4 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 təyyarə reysi həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən “Sputnik”ə bildirilib.

Mənbə qeyd edir ki, dekabrın 11-də beynəlxalq şirkətin sifarişi ilə İrəvandan Bakıya çarter reysi həyata keçirilib. Nazirlikdən sayta deyilib ki, bu, ilk belə uçuş deyil.

“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi həyata keçirilib”, - qurum vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər