Yaponiyada məmur narazı sakinlərin evinə ayı göndərəcəyini vəd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sora News" məlumat yayıb.
Məlumata görə, Akita şəhərində supermarketə girən ayı işçiyə hücum edib. Zərərçəkmiş başından və üzündən xəsarət alıb.
Hadisədən sonra heyvanı tutmaq üçün qəfəslər quraşdırılıb. Ertəsi gün ayı tutulub və yatızdırılıb.
O vaxtdan bəri ayının öldürülməsinə görə yerli rəsmilərə 56 telefon zəngi daxil olub, zəng edənlər bu qərardan narazılıq edib. Buna cavab olaraq prefektura qubernatoru narazıların üstünə ayı göndərəcəyini deyib: “Mənə ünvanınızı verin. Əgər çox narahatsınızsa, ayını evinizə göndərərəm”.
Ekspertlər bildirirlər ki, ovçuların sayının azalması səbəbindən son illərdə Yaponiyanın kənd yerlərində ayı hücumları ciddi problemə çevrilib.