ABŞ-ın yeni prezidenti Donald Tramp və sahibkar İlon Mask ABŞ-ın federal xərclərini 2 trilyon dollar azaltmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, planı Mask və yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək biznesmen Vivek Ramasvami həyata keçirəcək. Müəlliflər federal agentliklərin sayını azaltmaqla xərclərin azaldılmasına nail olunacağını iddia edirlər.
Eyni zamanda, ekspertlər bu təşəbbüsün uğuruna şübhə ilə yanaşırlar. Onlar sosial proqramlar üçün artan xərclərin fonunda belə bir planın çətinliklərlə üzləşə biləcəyini deyirlər.