ABŞ-da Qlobal İştirak Mərkəzi fəaliyyətini dayandırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
"Qlobal İştirak Mərkəzi 23 dekabr 2024-cü ildə bağlanıb", - bəyanatda deyilir.
Dövlət Departamenti xatırladıb ki, mərkəzin missiyası dezinformasiyaya qarşı mübarizə aparmaq olub.