Rusiyanın Qazaxıstandakı diplomatik missiyası Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı respublikanın səlahiyyətli orqanları ilə əlaqə saxlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Rusiyanın Qazaxıstandakı səfirliyi, eləcə də bu ölkədəki xarici nümayəndəliklərimiz təyyarə qəzasında zərərçəkənlərə yardımın göstərilməsi məsələsi ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Həmçinin Rusiyanın Astanadakı səfirliyinin saytı və hesabatlarında həlak olanların yaxınlarının əlaqə saxlaya biləcəyi Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin qaynar xətti haqqında məlumat dərc olunub. Qazaxıstanda çalışan rus diplomatlar vəziyyəti izləyəcək və bu məsələ ilə bağlı operativ məlumat verəcəklər”, - rəsmi deyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təfərrüatlar dəqiqləşdirilir.