""Embraer 190" təyyarəsini istehsal edən Braziliyanın “Embraer” şirkətinin 1969-cu ildən bu günə qədər 4 təyyarəsi qəzaya uğrayıb. Sonuncu qəza bu gün Aktau hava limanının yaxınlığında baş verib".
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "ORDA" "Telegram" kanalı məlumat yayıb.
"Embraer" təyyarəsi iki dəfə Çində və bir dəfə Namibiyada qəzaya uğrayıb.
"Hallardan birində fəlakətin səbəbi terrorçular tərəfindən təyyarəni qaçırmaq cəhdi olub", - materialda vurğulanır.
Bütün bu hadisələrə baxmayaraq, mütəxəssislər "Embraer" təyyarələrini kifayət qədər etibarlı hesab edirlər. Belə təyyarələrin göyərtəsində texniki nasazlıqların baş vermə ehtimalı 0,1% qiymətləndirilir.