Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin təkrar müayinəsinin nəticələri açıqlanıb.
Teleqraf.com “The Telegraph”a istinadən xəbər verir ki, qan xərçəngindən əziyyət çəkən Ə.Əsəddə kəskin miyeloid leykoz xəstəliyinin residivi aşkarlanıb.
Həkimlər onun sağalmaq şansını 50 faiz səviyyəsində qiymətləndirirlər.
Bildirilir ki, yoluxucu xəstəliklərin keçməməsi üçün Əsma Əsəd ayrı steril otaqda saxlanılır.