12:45
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyərtədə 62 sərnişin olub. İlkin məlumata görə onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

***

11:41

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, Qazaxıstanın Aktau şəhəri ərazində qəzayə uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Qeyd edilib ki, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

***

11:09

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Teleqraf.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər