25 Dekabr 17:55
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı açıqlamasını öz “arqumentlər”i ilə əsaslandıra bilmədikləri üçün onunla debatdan yayınırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Hayk Koncoryan deyib.

“Keçmiş prezidentlərin özləri gəlib bu barədə açıq və birbaşa danışmalıdırlar. Öz nümayəndələri vasitəsilə baş nazirə suallar ünvanlamaqdansa, bunu eləməlidirlər. Amma görürük ki, bundan imtina edirlər”, - deputat vurğulayıb.

Koncoryan qeyd edib ki, hər üç sabiq prezident beynəlxalq vasitəçilərə Qarabağın Azərbaycana qaytarılmasına söz versə də, buna əməl etməkdən yayınıblar:

“Bir tərəfdən gedib beynəlxalq ictimaiyyətə söz verdilər, dedilər ki, əraziləri qaytaracaqlar, sonra Ermənistana qayıdıb söylədilər ki, yox, əziz xalq, bizim qabiliyyətli ordumuz var, sonadək döyüşəcəyik, Qarabağ məsələsi “xalqların öz müqəddəratını təyinetmə konteksti”ndə həll olunacaq. “Müstəqil Qarabağ dövləti” olmaq mövqeyini tutdular, amma bunu tanımırdılar”.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl Ermənistanın keçmiş prezidentlərinin 1994-cü ildən sonra danışıqları Qarabağın Azərbaycana qaytarılması üzrə apardıqlarını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər