"NATO üzvləri ABŞ-nin iştirakı olmadan Rusiya ilə qarşıdurmaya hazır deyillər".
Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya, Latviya və Estoniya liderlərinin müsahibələrini dərc edən "İndependent" nəşri məlumat yayıb.
Finlandiya rəhbəri Aleksandr Stubb, Latviya prezidenti Edqar Rinkeviç və Estoniyanın baş naziri Kristen Mixal NATO müttəfiqlərini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıblar.
O cümlədən, Stubb müsahibəsində NATO-nu ABŞ olmadan təsəvvür edə bilməyəcəyini bildirib.
“Biz hazır deyilik. Bu, tamamilə göz qabağındadır”, - Latviya rəhbəri “İndependent”ə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ-nin əvvəlki kimi Avropaya sərmayə qoyacağına ümid etmək olmaz.