Moskva vilayətində Ukrayna xüsusi xidmət orqanlarının müdafiə sənayesi müəssisəsinin rəhbərinə qarşı törətmək istədiyi terror aktının qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna xüsusi xidmət orqanları Moskvada Rusiya Müdafiə Nazirliyi üçün məhsullar istehsal edən hərbi sənaye müəssisəsinin rəhbərlərindən birini aradan götürmək istəyib.