11 Yanvar 17:01
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əfqanıstanla ABŞ arasında əsir mübadiləsinə dair danışıqlar hələlik nəticə verməyib".

Teleqraf.com xəbər verir ki, bunu əfqan hökumət sözçüsünün müavini Həmdullah Fıtrat yerli KİV-ə açıqlaması zamanı deyib.

Daha əvvəl qeyd olunurdu ki, Əfqanıstan Məhəmməd Rəhim Haqmal Əfqaninin əvəzində həbsdə olan ABŞ vətəndaşlarını öz ölkələrinə təhvil verməyə hazırdır.

Ancaq yerli hökumət ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp səlahiyyətlərinə başlayana qədər danışıqları dondurub.

Xatırladaq ki, Britaniyanın “The Telegraph” qəzeti əsir mübadiləsinə dair iki ölkə arasında danışıqların aparıldığını yazmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər