17:12
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyanın Kursk vilayətinin ələ keçirilən hissəsinə nəzarəti itirərsə, rus ordusu genişmiqyaslı hücuma başlayaraq daha çox ərazini, xüsusən də həmsərhəd Sumı bölgəsini ələ keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

ABŞ nəşri qeyd edir ki, Ukraynanın Kurska diqqətini davam etdirməsi Kiyev üçün buranın saxlanmasının nə qədər vacib olduğunu göstərir. Xüsusən də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yaxınlaşan qayıdışının danışıqlar masasına gəlmək üçün hər iki tərəfə təzyiqi artıra biləcəyi nəzərə alındıqda...

“Ukrayna rəsmiləri xəbərdarlıq edirlər ki, əgər onların qoşunları sərhədi keçərək geri çəkilsələr, Rusiyanın Kurskda yerləşdirdiyi 60 minlik hərbi qüvvə onların ardınca Ukraynaya daxil olacaq və daha çox ərazini işğal edəcək”, - məlumatda deyilir.

Nəşr vurğulayır ki, Ukrayna üçün Kursk əks-hücum gücünün simvoludur, çünki keçən il yeganə önəmli irəliləyiş məhz burada əldə edilib. Bu ərazi həm hərbi, həm də siyasi mənada vacibdir: onun itirilməsi istənilən diplomatik təşəbbüslərdə Ukraynanın mövqelərinin zəifləməsi demək olardı.

Ukrayna hərbçiləri Rusiya qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq, bölgəni saxlamağa çalışır.

Ara-sıra keçirilən əks-hücumlar vəziyyəti müəyyən qədər sabitləşdirməyə imkan verir, amma Rusiyanın resurs və say baxımından üstünlüyü bu işi çətinləşdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər