12 Yanvar 20:11
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals qeyd edib ki, Kiyev orduda əsgər çatışmazlığından əziyyət çəkir. Ona görə də Ukraynada səfərbərlik yaşı 18-ə endirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu ABC telekanalına Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Valtz deyib.

Onun sözlərinə görə, gələcək administrasiya “cəbhədəki vəziyyəti sabitləşdirməyə” ümid edir,
"Orada çağırış yaşı indi 18 yox, 26-dır. Düşünürəm ki, çoxları bunu başa düşmür. Biz burada işçi qüvvəsi ilə bağlı problemlərin həll olunmasını istəyirik", - Valtz bildirib.

Qeyd edək ki, Ukraynada 25-60 yaş arası kişilər səfərbərliyə çağırılırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər