Ukrayna və onun lideri Vladimir Zelenski Varşavanın göstərdiyi yardımı xatırlamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak Kamış “Financial Times” qəzetinə müsahibəsində deyib.
O, Kiyevin MiQ-29 qırıcılarını Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün təhvil vermək çağırışlarını belə şərh edib.
“Bir tərəfdən mən prezident Zelenskini başa düşürəm, çünki onun rolu həmişə daha çox kömək tələb etməkdir. Amma düşünürəm ki, o və Ukrayna da yadda saxlamalıdır ki, başqaları yalnız dəbilqə göndərəndə biz tanklar göndərdik”.