Los-Anceles meri Karen Bass şəhərdə baş verən meşə yanğınlarından bir həftə əvvəl yanğınsöndürmə idarəsindən büdcəsini 49 milyon dollar azaltmağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazır.
İddia edilir ki, belə bir qərar 16 yanğınsöndürmə məntəqəsinin bağlanmasına gətirib çıxara bilər və onların fövqəladə hallara cavab vermək imkanlarını əhəmiyyətli dərəcədə əngəlləyə bilər.
Yanvarın 7-dən Kaliforniyada yanğın başlayıb. 130 minə yaxın sakinə evlərini tərk etmək əmri verilib. Hazırda ABŞ ştatında ümumilikdə altı böyük yanğın baş verir.