ABŞ-ın yeni prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava ABŞ-a elektrik enerjisi təchizatını dayandıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli CTV kanalına müsahibəsində deyib.
"Deyə bilərəm ki, bütün cavab tədbirləri masadadır" deyən Colinin sözlərinə görə, Kanadanın ABŞ-a enerji təchizatının dayandırılması məsələsi gələn həftə təkcə Kanada regionlarının rəhbərləri ilə deyil, həm də Vaşinqtona səfəri zamanı ABŞ Respublikaçılar Partiyasının nümayəndələri ilə müzakirə olunacaq. Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-a ixrac edir.
Qeyd edək ki, Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.