ABŞ-nin yeni prezidenti Donald Tramp Kanadanın ABŞ-a qoşulma ehtimalı ilə bağlı açıqlamaları ilə ictimaiyyətin diqqətini Kanada mallarına gömrük rüsumları tətbiq etmək niyyətindən yayındırmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo MSNBC telekanalına müsahibəsində bildirib .
“Uğurlu danışıqlar aparan şəxs kimi Tramp insanları tarazlıqda saxlamağı xoşlayır. İndi hamı "51-ci ştat"ı müzakirə edir. ABŞ-a ixras etdiyimiz polad və alüminiuma 25% tarif tətbiq etsək, necə olacaq? "51-ci ştat" amerikalıların yaşayış xərclərini artıra və ticarət əlaqələrinə zərər verə biləcər. Tramp bu məsələni ört-basdır etmək üçün "51-ci ştat" mövzusunu gündəmə gətirir"
Baş nazir bir daha əmin edib ki, Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq. Onun sözlərinə görə, Trampın bu yaxınlarda onu Amerika ştatının qubernatoru adlandırması onu narahat etmir. "Əgər mən nazik dərili olsaydım, yəqin ki, siyasətdə bu qədər il qalmazdım", - Trüdo bildirib.