09:30
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya artıq imperiya deyil”

Teleqraf.com xəbər verir ki, bunu “Delfi” portalına müsahibəsində Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

O vurğulayıb ki, başqa ölkələrə nəzarət etməyə çalışmaq lazım deyil.

Conson xatırladıb ki, Britaniya imperiyası “Roma imperiyasından" yeddi dəfə böyükdür, lakin bu gün ondan praktiki olaraq heç nə qalmayıb və Böyük Britaniya indiki rolundan razıdır.

"Estoniya, Latviya, Litva – bu ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil və eyni şey Ukraynaya da aiddir. Hər şey bitdi." -deyə Conson əlavə edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər