ABŞ-nin Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətinin artmasına səbəb olur.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Co Bayden administrasiyasının Rusiyanın neft-qaz şirkətlərinə, eləcə də Serbiyanın NIS şirkətinə qarşı cəza tədbirləri tətbiq etmək qərarını şərh edərkən deyib.
"Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi problem yaradır, çünki Mərkəzi Avropada sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət daxildir", - XİN rəhbəri "M1 TV"- də yayımlanan videomüraciətində bildirib.
O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.